aze | eng | рус
e-mail
şifrə
 
 
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
H. Əliyev
 


 

 

      

     Bizim əsas məqsədimiz respublika ərazisində əmlak növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətini əlaqələndirməkdən, onlarım peşə maraqlarının qorunmasından, qiymətləndirmə fəaliyyətinin elmi əsaslarının və normativ-hüquqi bazasının hazırlanmasından, əmlak bazarının və qiymətləndirmə fəaliyyətinin tənzimlənməsindən, habelə daşınan və daşınmaz əmlakın, təbii ehtiyatlarin və digər əmlak növlərinin, eləcə də intelektual mülkiyyətin qiymətləndirilməsi ilə məşgul olan mütəxəssislərin peşə-ixtisas səviyyələrinin yüksədilməsindən və qiymətləndirici kadrların hazırlanmasından, onların hüquqlarının müdafiə edilməsindən ibarətdir.

     Azərbaycan Respublikasının qanunverciliyi ilə təsdiq olunmuş qaydada qiymətləndirmə sahəsində peşəkar biliklərə, ali təhsilə malik, əlavə peşəkar təhsilə, yaxud mütəxəssislərin yenidən  hazırlanması proqramlarına yiyələnmiş, iqtisadiyyat sahəsində cinayətlərə, eləcə də xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan 18 yaşına çatmış fiziki şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayanlar, xarici vətəndaşlar) AQC-nin üzvü ola bilərlər

 

 

    Qiymətləndirmə firmasının seçilməsində istehlakçı açağıdakıları nəzərə almalıdır.

 

1.firmanın iş təcrubəsi (yetirilən hesabatların sayı, qiymətləndirilən obyektlərin mürəkkəbliyi);

2.firmanın əməkdaşlarının AQC-də üzvlüyü;

3.firmanın Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən akkreditasiyası; 

4.firmanın əməkdaşlarının qiyməyləndirmə fəaliyyəti sahəsində ali, ikinci ali peşəkar təhsil yaxud peşəkar yenidən hazırlıq haqqında diplomların olması.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) – başlıca vəzifələri və məqsədləri:

AQC-nin məqsədi Azərbaycanda qiymətləndirmə fəaliyyətinin real özünütənzimləmə sisteminin yaradılmasıdır ki, bu da aşağıdakıların təmin edilməsinə xidmət edir.

 

1. müstəqil qiymətləndirmə institunun dayanıqlı inkişafı;


2. ictimai iqtisadi münasibətlər sistemində müstəqil qiymətləndirmənin əhəmiyyətinin və ona olan tələbin daim yüksək səviyyəsi;


3. qiymətləndirmə xidmətləri bazarının təşkilinin yüksək səviyyəsinə nail olunması;


4. qiymətləndiricinin peşə ixtisas səviyyəsinin və işgüzar mədəniyyətinin daim təkmilləşdirilməsi;


5. qiymətləndirmə fəaliyyətinin rəqabət qabiliyyətinin fasiləsiz yüksəldilməsi.

 

 

 

 

 

 

 

 







                     

XƏBƏRLƏR
 
Yübiley! ətraflı » 25 Fevral 2010
III Международной научно - практической конференции ətraflı » 25 Fevral 2010
Финансовый контроль и управление рисками бизнеса ətraflı » 23 Fevral 2010
Информация по повышению квалификации ətraflı » 20 Fevral 2010

 

SORĞU
 
"Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinə ehtiyac varmı?

VAR
YOX
 








USAID
İFC
İVSC
İRPF
MRSA
ASK

Qiymətləndirmə prosesi
Qiymətləndirmə prosesi
Qiymətləndirmə prosesi
Qiymətləndirmə prosesi