| |
Kazımlı Xanhüseyn Hüseynağa oğlu - 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. 1967-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiri, prorektor, 1994-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olmuşdur. "Şöhrət" ordeni ilə təltif edilmişdir. "Qızıl qələm" və Hacı Zeynalabdin Tağıyev mükafatları laureatıdır. 50-dən çox monoqrafiyanın və dərsliyin, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir. |
|
| |

Hüseynov Zamin Ramazan oğlu – 20 sentyabr 1957-ci ildə anadan olub.1978-1993-ci illərdə AMEA-nın İqtisadiyyat institutunda müxtəlif vəzifələrdə çalışıb, 1994-1997-ci illərdə Xəzər və Azərbaycan Universitetlərdə müxtəlif fakultələrdə muhazirə oxuyub. 1997-ci ildən indiyədək “MAK Consultancy Baku Ltd.” və 2003-ci ildən indiyədək “AGN MAK Azerbaijan Ltd” şirkətlərində Baş direktor vəzifəsində işləyir. 27-dən çox məqalənin müəllifidir. 2008-ci ildə AQC-nin İdarə Heyətinin üzvü seçilmişdir. |
|
| |
Quliyev İbrahim Qədim oğlu - 01 iyul 1967-ci il tarixdə Tovuz rayonunun Çataq kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitunu bitirmişdir. Əmək fəaliyyətinə Dövlət Plan Komitəsinin (indiki İqtisad İnkişaf Nazirliyi) Elmi-Tədqiqat İqtisadiyyat İnstitununda başlamışdır. 1992-1993-cü illərdə o, orada baş iqtisadçı vəzifəsində çalışmışdır. 1994-cü ilin yanvar ayından indiyə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət” kafedrasında işləyir. Hazırda kafedrada baş müəllim vəzifəsini tutur. 25-dən artıq fənn proqramlarınınvə metodik göstərişlərin hazırlanmasında yaxından iştirak edən İ.Q.Quliyev qiymətin əmələ gəlməsi və qiymətləndirmənin aktual problemlərinə dair elmi məqalə və tezislərin müəllifidir. 2008-ci ildə AQC-nin Sədri seçilmişdir. |
|
| |
Artemenkov İqor Lvoviç - Rusiya Qiymətləndiricilər Cəmiyyətinin (RQC) təsisçisi, USA Qiymətləndirmə İnstitutunun üzvü, FİABCİ və RİCS-in üzvü, İVSC-nin İdarə Heyətinin üzvü. 1993-2000-ci illərdə RQC-nin prezidenti, 2001-ci ildən isə RQC-nin vitse-prezidentidir. 1983-1992-ci illərdə Rusiya Elmlər Akademiyasında çalışıb. Fizika-riyaziyyat elmləri namizədidir. Qiymətləndirmə sahəsində müxtəlif beynəlxalq kurslarda (American Society of Appraisers, İVSC və s.) iştirak edib və beynəlxalq dərəcələrə malikdir. Rusiyanın müxtəlif qanunlarına, o cümlədən: ”İpoteka haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” və s. qanunlara əlavələr və düzəlişlər edilməsi üzrə layihələrin hazırlanmasında yaxından iştirak etmişdir. 2008-ci ildə AQC-nin İdarə Heyətinin üzvü seçilmişdir. |
|
| |

Samuqulin Ənvər Naileviç - 26 aprel 1956-ci ildə anadan olub. Azərbaycan Dövlət Mühəndis-İnşaat İnstitutunu bitirib. “Azaqropromtexproekt”-də kompleks layihələrin işlənməsi şöbəsinin rəisi vəzifəsində çalışıb. Qiymətləndirmə ilə 1993-cü ildən məşğuldur. “Lukra”, “Biləndər” şirkətlərində çalışıb. Hal-hazırda “Azintellektservis” şirkətinin Baş direktoru vəzifəsində çalışır. 2008-ci ildə AQC-nin İdarə Heyətinin üzvü seçilmişdir. |
|
| |
Səmədli Elçin Mirzəağa oğlu - 18 may 1971-ci ildə Bakı şəhərində anadan olub. Ukraynada Donetsk Dövlət Universitetinin hüquq-iqtisad fakültəsini qırmızı (fərqlənmə) diplomla bitirmişdir. 1994-cü il “KPMQ” beynəlxalq konsaltinq şirkətində maliyyə sektoru üzrə audit meneceri, “Qaradağ-sement” və “Kaspian Geofizikal” BM-də maliyyə meneceri işləmişdir. Hazırda “Biləndər” şirkətinin İcraçı direktorudur. Audit və qiymətləndirmə üzrə 12 şəhadatnamə və diplom almışdır. Menecment, audit və qiymətləndirmə sahəsinə aid 29 məqaləsi çap olunmuşdur (14-ü Rusiya və Ukraynada). 2008-ci ildə AQC-nin İdarə Heyətinin üzvü seçilmişdir. |
|
| |
Əliyeva Solmaz Əli qızı - 20 fevral 1940-cı il tarixdə Bakı şəhərində anadan olub. Orta təhsil aldıqdan sonra 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin “Xalq təsərrüfatının planlaşdırılması” fakultəsinə daxil olub 1965-ci ildə oranı bitirmiş və Sənayenin iqtisadiyyatı üzrə iqtisadçı ixtisasını almışdır. 1966-1980-cı illərdə Bakı Baş Tikinti İdarəsində iqtisadçı, baş iqtisadçı, 1980-1984-cü illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasında sosial sığorta üzrə instruktor, 1984-1985-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində aparıcı iqtisadçı vəzifələrində işləyib. 1985-1995-ci illərdə Azərbaycan Dövlət Qiymət Komitəsində, Azərbaycan Plan Komitəsinin Baş Qiymətlər İdarəsində, İqtisadiyyat Nazirliyinin Qiymətlər İdarəsində iqtisadiyyat şöbəsinin rəisi vəzifələrində çalışıb. 1996-cı ildən bu günə kimi “Biləndər” firmasında Baş mühasib, 1998-ci ildən isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində Baş mühasib işləyir. 1999-cu ildə 7 aylıq mühasibat kursunu (Azərbaycan Həmkarlar İttifaqı Şurasının tədris-metodiki və mədəniyyət kompleksi), 1998-ci ildə Beynəlxalq İxtiraçılar və Biznes İnstitutunun nəzdində mühasibat kursunu bitirib. 2008-ci ildə AQC-nin İdarə Heyətinin üzvü seçilmişdir. |
|
|
|
| |
"Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinə ehtiyac varmı? |
|
| |
|
|