AQC nəzdində fəaliyyət göstərən Apellyasiya Şurasının hüquq və vəzifələri

 

Apellyasiya Şurası öz vəzifələri daxilində aşağıdakı hüquqlara malikdir:

  • Apellyasiya Şurasına qiymətləndirici xidmətindən istifadə edən şəxslərdən daxil olan müraciətlərlə əlaqədar hüquqi və fiziki fəaliyyət göstərən qiymətləndiricilərə sorğular göndərmək, onlardan zəruri sənədləri və məlumatları almaq;
  • Şikayətlə müraciət etmiş şəxsləri, və aidiyyəti qiymətləndirici şirkətin vəzifəli şəxslərini Apellyasiya Şurasının iclaslarına dəvət etmək, onların iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;
  • Apellyasiya Şurasına daxil olan müraciətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti qiymətləndirici şirkətlərin rəhbərlərinə yazılı göstərişlər vermək;
  • Apellyasiya Şurasına daxil olan müraciətlərin araşdırılması zamanı qiymətləndirici tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə qanun və standartların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şirkət və ya şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə AQC İdarə Heyəti qarşısında məsələ qaldırmaq;
  • Apellyasiya Şurasının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;
  • Apellyasiya Şurasının fəaliyyəti prosesində təhlillər və ümumiləşdirmələr aparmaq, müraciətlərin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
  • Apellyasiya Şurasının qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nəzarət etmək, habelə nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək.

Apellyasiya Şurasının vəzifələri aşağıdakılardır:

  • Apellyasiya Şurasına daxil olan müraciətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə müvafiq olaraq əsaslandırılmış şəkildə qərar qəbul etmək;
  • Apellyasiya Şurasına daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq və işin nəticəsi üzrə əsaslandırılmış şəkildə rəy vermək;
  • Apellyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
  • Apellyasiya Şurasında baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək.






RƏNG SEÇİN