Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən...

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən təşkil olunacaq kurslarda iştirak etmək istəyən şəxslərin nəzərinə!

2021-cü ilin noyabr ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən kurslar təşkil olunur. Kurslar aşağıdakı qiymətləndirmə istiqamətləri üzrə keçiriləcəkdir:

1) Maşınlar, texniki vasitələr və avadanlıqların qiymətləndirilməsi;

2) Bioloji aktivlərin qiymətləndirilməsi.

Mühazirələr Azərbaycan İqtisad Universitetinin müəllimləri və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mütəxəssisləri tərəfindən aparılacaq, sonda isə imtahandan uğurlu nəticələr əldə edə biləcək şəxslərə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin peşə hazırlığını təsdiq edən sertifikat təqdim olunacaq.  Kursların keçirilmə müddəti iki həftədir. Bu kurslarda iştirak haqqı hər  nəfər üçün 300 AZN təşkil edir. Bir şəxs eyni zamanda iki istiqamət üzrə kursda iştirak edə bilər.

Kurslarda iştirak etmək arzusunda olan şəxslərdən xahiş olunur ki, tələb olunan sənədləri1 noyabr 2021-ci il tarixə qədər aşağıdakı ünvana gətirsinlər:

Bakı ş. Yasamal r. Hüseyn Cavid pr. 54C (Yeni qaydalarla: AZ1141, Bakı ş. Yasamal r. Mehdi Məmmədov küç. 32B.

Tələb olunan sənədlər:

1) Şəxsiyyət vəsiqəsi;

2) Təhsil haqqında sənədin əsli;

3) İş yerinden arayış.

Kurslar 01-30.11.2021 tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ofisində keçiriləcəkdir.

Əvvəlcədən təşəkkür edirik!

Hörmətlə, Nüsrət İbrahimov - AQC-nin sədri
Ünvan: Bakı ş. Yasamal r. Hüseyn Cavid pr. 54C
Telefon: (+994 12) 510 86 65;
Mob: 050 340 40 72
E-mail: info@aqc.az







RƏNG SEÇİN