İki şirkət AQC-dən xaric edildi - Müvafiq qurumlara müraciət...

İki şirkət AQC-dən xaric edildi - Müvafiq qurumlara müraciət olunacaq.

"Dövlət satınalmaları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olmasına dair saxta sənədlər hazırladığına, “çətir şirkətlər” yaradaraq dövlət tenderlərində süni yollarla rəqabət yaratdığına və bununla da AQC-nin nüfuzuna ciddi xələl gətirdiyinə görə, “UNİPRİCE” MMC və “KORALL CONSULTİNG” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin  sıralarından xaric edilib". 

Sədr bildirib ki, AQC-nin İdarə Heyəti adıçəkilən şirkətlərin faktiki sahibi Ramil Qasımzadənin əməlindən aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət edilməsi barədə qərar qəbul edib. 

"Ramil Qasımzadənin “Uniprice” MMC, “Korall Consulting” MMC, “Azprice Group” MMC, “Azvalue” MMC, “Morion” MMC, “Açar” MMC və “Sorğu Ekspert Mərkəzi” MMC-nin sahibi olması və bu şirkətlərdən dövlət tenderləri zamanı süni rəqabət yaratması məqsədilə istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

“Azprice Group” MMC-nin dövlət satınalması zamanı saxta möhür, imza və şəhadətnamədən istifadə edərək dövlət orqanlarını aldatması, saxta sənədlərdən istifadə faktı, eləcə də Ramil Qasımzadənin fəaliyyətinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq".







RƏNG SEÇİN