AQC bank sektoru ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) bank sektoru ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atır. Cəmiyyətin sədri və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun sözlərinə görə, bu ilin yanvarında AQC-də yeni struktur formalaşdırılarkən Bank Ekspertlər Şurasının yaradılması barədə qərar qəbul olunub.

Artıq ölkənin 13 aparıcı bankının iştirakı ilə AQC tərkibində Bank Ekspertlər Şurası formalaşdırılıb. Bu addım həm akademik tərəfin gücləndirilməsinə, həm də bank sektorunun AQC-də təmsil olunmasına xidmət edir.

Vüqar Oruc bildirib ki, gələcək planlara qiymətləndirici peşəsinə maraq göstərən gənclərin cəlb olunması, qiymətləndirmə sektorunun inkişafı, beynəlxalq aləmdə Azərbaycanın təmsilçiliyinin artırılması və Qiymətləndiricilər Palatası ilə əməkdaşlığın genişləndirilməsi daxildir. Sertifikatlaşdırma və təlim-tədris sahəsində fəaliyyətlər davam etdiriləcək, keyfiyyət daha da artırılacaq.

O qeyd edib ki, hazırda Cəmiyyət assosiativ və peşə birliyi kimi fəaliyyət göstərsə də, məqsəd ölkə üzrə bütün qiymətləndiriciləri birləşdirən vahid platformaya çevrilməkdir. Bu istiqamətdə genişmiqyaslı planlar həyata keçiriləcək.







RƏNG SEÇİN