AQC beynəlxalq əməkdaşlıqları genişləndirir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) beynəlxalq platformalarda fəaliyyətini genişləndirir. Cəmiyyətin sədri Vüqar Orucun verdiyi məlumata görə, AQC Beynəlxalq Qiymətləndirmə Standartları Komissiyasının üzvüdür və təqdim olunan sertifikatlar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı hesab olunur.

Vüqar Oruc bildirib ki, AQC eyni zamanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının təsisçi üzvüdür. Onun sözlərinə görə, adıçəkilən qurumun yaxın vaxtlarda həyata keçirməyi planlaşdırdığı sertifikatlaşdırma proqramları və təşkil edəcəyi kurslar beynəlxalq səviyyədə sertifikatlaşma istiqamətində mühüm addım olacaq.

Cəmiyyət tərəfindən beynəlxalq tədris sahəsində əməkdaşlıqların gücləndirilməsi istiqamətində bir sıra təşəbbüslər də irəli sürülüb. Bu çərçivədə Rusiyada fəaliyyət göstərən maliyyə institutunun tərkibində olan müstəqil qiymətləndirmə institutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Tərəflər arasında bağlanmış razılaşma gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

AQC sədri həmçinin qeyd edib ki, Cəmiyyət mütəmadi olaraq müxtəlif kurslar təşkil edir. Bu kursların sonunda keçirilən imtahanlarda uğur qazanan iştirakçılar müvafiq qiymətləndirmə nəticələrinə əsasən sertifikatla təmin olunurlar.







RƏNG SEÇİN