Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) “Tikinti A-dan Z-yə, norma və standartlar” mövzusu üzrə təlim kurları keçirilib.

Kursların keçirilməsində məqsəd qiymətləndirici ekspertləri tikinti ilə bağlı maarifləndirmək, xərc yanaşma və metodlarının əsasını təşkil edən norma və prinsipləri tədris etmək olub. Təlimlərdə bina və qurğuların təsnifatı, texniki, hüquqi, ekoloji və digər xüsusiyyətləri nəzərdə tutan beynəlxalq təcrübə və müasir texnologi həllər barədə məlumat verilib. Təcrübəli ekspertlər tərəfindən keçirilən dinləmələrdə qiymətləndiricilərin ən çox istifadə etdikləri tikinti xərcinin hesablanması qaydaları izah edilib.

AQC qiymətləndiricilərin professionallığının artırılması istiqamətində mütəmadi olaraq təlimlər təşkil edir və gələcəkdə kursların sayını daha da artırmaq niyyətindədir. Təlimlərdə aparıcı qiymətləndirmə şirkətlərinin əməkdaşları, həmçinin bank mütəxəssisləri iştirak ediblər. Yekunda təlim iştirakçılarına AQC-nin Şəhadətnamələri təqdim edilib.