2019-cü ilin 09 dekabr tarixdən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən növbəti kurslar təşkil olunur. Kurs aşağıdakı mövzular üzrə keçiriləcəkdir:

1) Tikintidə norma və standartlar. Xərc smetasının tərtibi.

2) Beynəlxalq Qiymətləndirmə Standartları. İVSC və RİCS. Əlavə və dəyişikliklər.

Təlim tikinti sahəsində çalışan mütəxəssislər və RİCS üzvü Z.Hüseynov tərəfindən aparılacaq, sonda isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən dinləyicilərə Şəhadətnamələr təqdim olunacaq.  Kursun keçirilmə müddəti bir həftədir. Kursda iştirak haqqı hər  nəfər üçün 250 AZN/kurs təşkil edir.

Kursda iştirak etmək arzusunda olan şəxslərdən xahiş olunur ki, tələb olunan sənədləri 06 dekabr 2019-cü il tarixə qədər aşağıdakı ünvana təqdim etsinlər:

Bakı ş. Yasamal r. Şəfayət Mehdiyev k. məh. 559/560, 34C.

Tələb olunan sənədlər: 1) şəxsiyyət vəsiqəsi; 2) təhsil haqqında sənədin əsli 3)İş yerindən arayış.

Kurslar 09-16.12.2019 trarixdə saat 18-00-da Bakı ş. Yasamal r. Şəfayət Mehdiyev k. məh. 559/560, 34C. Ünvanda keçiriləcəkdir.

Əvvəlcədən təşəkkür edirik!

Hörmətlə, N.İbrahimov – AQC-nin sədri

Ünvan: Bakı ş. Yasamal r. Şəfayət Mehdiyev k. məh. 559/560, 34C.

Telefon: (+994 12) 510 86 65;

Mob: 050 3404072

E-mail: info@aqc.az