AQC-nin EŞ-nin fəaliyyətinin məqsədi AQC üzvlərinin göstərdikləri qiymətləndirmə üzrə xidmətlərin keyfiyyətinə nəzarətin həyata keçirilməsi, qiymətləndirmə metodlarının və metodikalarının işlənməsi və onların geniş yayılması, qiymətləndiricilərə məsləhət və metodiki köməyin təqdimi, Azərbaycan qiymətləndiricilərində peşə etikasının formalaşması, AQC-nin və onun üzvlərinin nüfuzunun artması təşkil edir.
AQC-nin EŞ-nın əsas səlahiyyətinə aşağıdakılar aiddir:
vQiymətləndirmə haqqında hesabatların AR-nın qiymətləndirmə fəaliyyətinə dair qanunvericiliyinə, milli qiymətləndirmə standartlarına, qiymətləndirmə fəaliyyəti üzrə qəbul edilmiş norma və qaydalara uyğunluğunun, nəticələrin obyektivliyinin, dolğunluğunun, təmin edilməsi,qiymətləndirmə metodlarının, yanaşmalarının düzgün tətbiqinin ekspertizasının aparılması.
vQiymətləndiricinin ixtisas səviyyəsinin yüksəldəlməsinə yönəldilmiş təkliflərin işlənməsi.
vQiymətləndirmə üzrə metod və metodikalarının təkmilləşdirilməsi üçün elmi-tədqiqat işlərinin aparılmasının təşkili.
vƏmlakın qiymətləndirilməsi üzrə hesabatın icraçısına arayış və məsləhətlərin təqdimatı.
Qiymətləndirmə haqqında hesabatların ekspertizaları qiymətləndirmənin düzgün aparılmasını təmin edir və həmçinin qiymətləndiricinin biliyini, təcrübəsini və onun müstəqil olmasını yoxlayır.
AQC qiymətləndirmə hesabatının ekspertizasının aparılması barədə sifarişçi ilə müqavilə bağlayır. Müqavilədə ekspertizanın növü və tipi göstərilir. Bu işlərin tarifləri AQC-nin İdarə Heyəti tərəfindən təsdiq olunur.
AQC-nin EŞ-nın qəbul olmaq üçün ekspert qiymətləndirici ilk növbədə AQC-nin üzvü olmalıdır. EŞ-nın üzvlüyünə namizəd olan şəxs mütləq ekspertizanı aparılması üzrə xüsusi treninqlər keçməlidir. Bu treninqlər AQC tərəfindən təşkil olunur. EŞ-nın üzvləri ekspertizanı EŞ haqqında əsasnaməyə və metodiki tövsiyələrə uyğun aparmalıdırlar. AQC-nın İdarə Heyyəti tərəfindən EŞ-nın tərkibi müəyyən olunmuş dövr ərzində təsdiq olunur. Həmin dövr ərzində EŞ-nın üzvləri mutamadi olaraq təkrar sertifikatlaşdırmanı keçirlər. Bu setifikatlaşma AQC tərəfindən keçirilir.
Təkrar sertifikatlaşmanın məqsədi EŞ üzvlərinin Beynalxalq və Milli qiymətləndirmə standartları üzrə ekspertizanın aparılmasını təmin etməkdən ibarətdir.