Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti haqqında məlumat

1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məsgul olan hüquqi və fiziki səxslərin, iqtisadçı alimlərin təsəbbüsü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yaradılmıs və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydiyyata alınmısdır. Hazırda respublikanın bir çox əmlak qiymətləndiriciləri və qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi səxslər, qiymətin əmələ gəlməsi və əmlak bazarı sahəsində ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda tanınan iqtisadçı alimlər, maliyyə məsələləri ilə məsgul olan mütəxəssislər və elmi isçilər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. AQC ictimai birlik olaraq qiymətləndirmə sahəsində əhaliyə keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədi ilə qiymətləndirmə fəaliyyətinin bir sıra nəzəri və praktiki problemlərinin həlli istiqamətində dövlət orqanları ilə sıx əməkdaslıq edir.

Nizamnaməsində göstərildiyi kimi, «cəmiyyətin yaradılmasının məqsədi Azərbaycan Respublikası ərazisində qiymətləndirmənin sivil bazarını yaratmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məsgul olan mütəxəssislərin fəaliyyətinə kömək etmək, onların pesə hüquqlarının qorunmasına, pesə maraqlarının müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır». Bu məqsədin reallasdırılması üçün AQC dövlət orqanları, digər ictimai birliklər, beynəlxalq təskilatlarla birgə layihə və proqramların, beynəlxalq və Avropa standartlarına uygun milli qiymətləndirmə standartlarının hazırlanmasında istirak edir, qiymətləndiricilərin ixtisasının artırılması üzrə kurslar, konfranslar, seminarlar, brifinqlər keçirir, qiymətləndirmə fəaliyyətinin çoxsaylı problemlərini arasdırır və müxtəlif bülletenlər, kitablar nəsr edir, üzvlərini zəruri informasiya ilə təmin edir, ölkənin ayrı-ayrı bölgələrində qiymətləndirmə fəaliyyətinə olan tələbatın ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir və yayır.

Fəaliyyət göstərdiyi müddətdə AQC tərəfindən «Qiymətləndiricilərin bülleteni», qiymətləndirmə məsələləri ilə baglı məcmuələr («Qiymətləndirmə», «Qiymətləndirmə və mühasibat uçotu», «Qiymətləndirmə və normativ-hüquqi sənədlər»), «əmlakın qiymətləndirilməsi» qanunvericilik aktları toplusu nəsr olunmus, qiymətləndiricilərin pesə-ixtisas səviyyələrinin yüksəldilməsi məqsədilə Sumqayıt, Gəncə, Quba və Lənkəran səhərlərində baza ixtisasartırma kursları təskil edilmis, 2001-ci ilin mayında «Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı» mövzusunda, 2002-ci ilin dekabrında “iqtisadi fəaliyyət sahələrində intellectual sahibkarlıgın inkisaf istiqamətləri” mövzusunda elmi-praktiki konfranslar və 2003-cü

ilin aprelində «Sahibkarlıgın inkisafının əsas prioritetləri və qiymətləndirmə fəaliyyətinin təkmilləsdirilməsinin aktual məsələləri» mövzusunda II Beynəlxalq Konqres keçirilmis, «2001-2017-ci illərdə Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin inkisaf konsepsiyası», «Azərbaycan Respublikasında pesəkar qiymətləndiricilərin hazırlanması və ixtisasının artırılması Proqramı» müvafiq dövlət qurumlarına təqdim edilmis, xarici ölkələrin qiymətləndiricilərinin birlikləri ilə əlaqələr yaradılmısdır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təsəbbüsü ilə 23-24 may 2001-ci ildə keçirilən «Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı» mövzusunda II beynəlxalq elmi-praktiki konfransda MDB Qiymətləndiricilər Birlikləri Surasının sədri və üzvləri, Belarus, Rusiya, Moldova, Qazaxstan, Qırgızıstan və s. dövlətlərin qiymətləndiricilər birliklərinin nümayəndələri istirak edirdilər. Konfrans Azərbaycanda qiymətləndirmə fəaliyyətinin inkisaf konsepsiyasının hazırlanması, aparılan qiymətləndirmə islərinin keyfiyyətinin yüksəldilməsi, qiymətləndiricilərin attestasiya sisteminin hazırlanması, milli qiymətləndirmə standartlarının və qiymətləndirmə fəaliyyətinin normativ-metodiki bazasının inkisafına dair təkliflərin hazırlanması kimi vacib məsələləri qarsıya qoydu.

26 dekabr 2002-ci ildə “iqtisadi fəaliyyət sahələrində intellektual sahibkarlıgın inkisaf istiqamətləri” mövzusunda keçirilən elmi-praktiki konfransda müstəqil intellektual sahibkarlıq fəaliyyəti olan qiymətləndirmənin perspektiv inkisafını təmin edə biləcək irimiqyaslı sosial-iqtisadi proqramların ayrı-ayrı mərhələlərindən bəhs olunmusdur. 2003-cü ilin aprelində «Sahibkarlıgın inkisafının əsas prioritetləri və qiymətləndirmə fəaliyyətinin təkmilləsdirilməsinin aktual məsələləri» mövzusunda II Beynəlxalq Konqresdə (konqres Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, MDB Qiymətləndiricilər Birlikləri Surası və Azərbaycan Respublikası iqtisadi inkişaf Nazirliyinin birgə təsəbbüsü ilə təskil olunmusdur) milli sahibkarlıgın inkisafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, qiymətləndirmə fəaliyyətinin bir sıra aktual məsələləri və s. müzakirə olunmusdur.

Ölkədə pesəkar qiymətləndiricilərin və milli standartların elmi və praktiki biliklər əsasında tez bir zamanda hazırlanması sahəsində islərin keyfiyyətinin artırılması zərurətini nəzərə alaraq 11 noyabr 2003-cü il tarixdə MDB Qiymətləndiricilər Birlikləri Surasının rəhbərlərinin istirakı ilə Azərbaycan Dövlət əqtisad Universitetinin Tələbə Elmi Cəmiyyətinin “əmlak bazarı və milli qiymətləndirmə standartları” mövzusunda professor-müəllim heyəti, magistr və tələbələrin elmi konfransı keçirildi. Konfrans gənc iqtisadçıların böyük maragına səbəb olmusdur.

Qiymətləndiricilərin hazırlanması, onların fəaliyyətinin sertifikatlasdırılması qaydasına keçilməsi və tarif-ixtisas xüsusiyyətlərinin real müəyyənləsdirilməsi qiymətləndirmə fəaliyyətinin indiki mərhələsində vacib məsələlərdəndir. Bu baxımdan, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təsəbbüsü ilə” əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında qiymətləndirici fəaliyyətinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif Sorgu kitabçasına əlavə edilməsi barədə verilən qərar qiymətləndirmə fəaliyyətinin perspektiv inkisafı və tənzimlənməsi üçün böyük əhəmiyyət kəsb edir.

Hazırda AQC Rusiya Federasiyasının, Litvanın, Moldovanın, Belarusun, Qazaxıstanın, Qırgızıstanın, Polsanın, Böyük Britaniyanın, ABS-ın qiymətləndiricilər birlikləri və cəmiyyətləri ilə, habelə Beynəlxalq Qiymətləndiricilər və Rieltorlar qurumları ilə sıx əməkdaslıq edir. 2002-ci ildə AQC «MDB qiymətləndiricilər birlikləri Surası»nın təsisçilərindən biri olmusdur. Bu, regional beynəlxalq assosiasiyanın yaradılması, onun istirakçısı olan dövlətlərdə vahid qiymətləndirmə məkanının yaradılmasının əsasını müəyyən etmis, qarsılıqlı investisiya qoyulusları prosesinin sadələsdirilməsi və mübahisələrin həlli üçün zəmin yaratmısdır. Qeyd etməliyik ki, bu cür regional beynəlxalq qurumlar Avropada uzun müddətdir ki, fəaliyyət göstərir (məsələn, Qiymətləndiricilər Assosiasiyalarının Avropa Qrupu). Bu qəbildən olan beynəlxalq ictimai təskilatların yaradılmasının əsas məqsədləri istirakçı dövlətlərdə qiymətləndirmə fəaliyyəti sisteminin inkisafına, müvafiq normativ-hüquqi bazasının yaradılmasına, qiymətləndiricilərin ixtisasının yüksəlməsinə, milli qiymətləndirmə standartlarının ölkənin statistika və maliyyə hesabatı sistemi ilə uzlasdırılmasına yardımçı olmaq, beynəlxalq təskilatlarda, dövlət hakimiyyəti orqanlarında və idarəetmə strukturlarında öz üzvlərinin hüquqi, iqtisadi və sosial mənafelərini qorumaq, onları lazımi informasiya ilə təmin etməkdir.

Eyni zamanda, ictimai birliklərə üzvlük qiymətləndiricilərin pesəkarlıq səviyyəsini, lazımi informasiyanı əldə etmək imkanının oldugunu təsdiq edir, onlar bu birliklərin adından çıxıs etmək, rəmzlərindən istifadə etmək hüququ qazanırlar. AQC öz üzvləri üçün buraxdıgı bülletenləri, sorgu vəsaitlərini və digər metodiki vəsaitləri respublikanın bütün ərazisində yayır, normativ aktları isləyib hazırlayır və təsdiq edir, seminarlar, treninqlər keçirir, kitablar nəsr edir. Cəmiyyətin məqsədi əmlakın müxtəlif növlərinin qiymətləndirilməsi ilə məsgul olan mütəxəssislərin

fəaliyyətini dəstəkləməkdir.

Hazırkı dövrdə AQC nin idarə heyəti tərəfindən qiymətləndirmə fəaliyyəti üçün konkret olaraq asagıdakı müddəaları əsas kimi qəbul olunur:

  • elmi sahə olmaq etibarilə, qiymətləndirmə fəaliyyəti qiymətləndiricidən xüsusi biliklər, pesəkar qiymətləndirmənin mürəkkəb məsələlərinin həllini tapmaq bacarıgı, qiymətləndirmə fəaliyyətinin yüksək pesəkarlıq səviyyəsində həyata keçirilməsini tələb edir;
  • səristəsizliyin və qeyri-səmimiliyin qarsısını almaqla, qiymətləndirmə sifarisçisi qismində çıxıs edən dövlətə, hüquqi və fiziki səxslərə xidmət göstərilməsinin müəyyən səviyyəsini təmin etmək, əmlakın qiymətləndirilməsi xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarını müdafiə etmək.

Fəaliyyətinin səmərəliyini təmin etmək üçün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti üç əsas məsələni həll edir:

  • müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün istirakçıları üçün bərabər sərait yaratmaqla qiymətləndirmə xidmətləri bazarının inkisafına və fəaliyyətinin sabitliyinə nail olmaq;
  • öz üzvlərinin qiymətləndirmə xidmətlərinin keyfiyyəti ilə baglı olaraq, üçüncü səxslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək;
  • müxtəlif vasitələrlə, o cümlədən üzvlərinin pesəkarlıq səviyyəsini yüksəltməklə, qiymətləndirmə xidmətlərinin istehlakçılarının maraqlarının qorunmasını təmin etmək.

Qiymətləndiricilərin ictimai birliklərinin bu sahədə fəaliyyətin tənzimlənməsi prosesindəki əsas funksiyalarından biri qiymətləndirmə standartlarını və qiymətləndiricilərin etik davranıs qaydalarını isləyib hazırlamaqdır. Bu standartlar qiymətləndiricilərin fəaliyyətinin səmərəsini yüksəltməyə, tərtib edilən hesabatların məzmununu, strukturunu standartlasdırmaga, sifarisçilərə göstərilən xidmətlərin keyfiyyətini artırmaga, onlarla uzunmüddətli isgüzar münasibətlər yaratmaga xidmət edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətinin digər istiqaməti milli qiymətləndirmə standartlarının hazırlanması olmuşdur. Bu məqsədlə 2004-2006-ci illərdə 20-yə qədər milli qiymətləndirmə standartlarının (“Borc öhdəlikləri və ssudalar üzrə təminatın qiymətləndirilməsi”, “əmlak və sair hüquqların qiymətləndirilməsi”, “əntellektual mülkiyyətin qiymətləndirilməsi”, “Bazar dəyəri qiymətləndirmə bazası kimi”, “Qiymətləndiricilərin pesə etikası kodeksi”, “Qiymətli kagızların qiymətləndirilməsi”, “Dasınmaz əmlakın qiymətləndirilməsi”, “investisiya proqramlarının qiymətləndirilməsi və s.) islənməsini nəzərdə tutan fəaliyyət proqramı hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmisdir. AQC nəzdində bu məsələ ilə məsgul olan, aparıcı qiymətləndirici-mütəxəssislərdən və iqtisadçılardan ibarət təsəbbüs qrupu yaradılmısdır. AQC tərəfindən hazırlanmış Milli Qiymətləndirmə Standartları 2009-cu ildən qüvvədədir.