İSTAHLAKÇILARIN HÜQUQLARIN MÜDAFİƏSİ
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin (AQC) əsas vəzifəsi istehlakçıların xüsusi mülkiyyətin müdafiəsi və keyfiyyətli xidmətlərin alınması hüquqların reallaşdırılması təmin edən ixtisaslı və etik müstəqil qiymətləndirmə təcrübəsinin formalaşmasına hərtərəfli yardım etməkdir.
AQC-nin hər bir üzvü qiymətləndirmə üzrə istehlakşılarla münasibətlərə girərək yalnız müqavilə üzrə öz üzərinə düşən öhdəliklərin yerinə yetirməli deyil, həm də:
· mütəxəssisin işinin keyfiyyətinə olan tələblərə uyğun olaraq peşəkarcasına
· istənilən xarici təsirdən yaxud təziqdən, eləcə də şəxsi üstünlükvermə hissələrindən azad və müstəqil fəaliyyət göstərməlidir.
Qiymətləndiricinin (hüquqi şəxs yaratmadan sahibkarın) istehlakçının aşağıdakı meyarları uşota alması zəruridir:
1. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində üzvlük;
2. peşəkar təcrubə (yerinə yetirilən hesabatların sayı, qiymətləndirilən obyektlərin mürəkkəbliyi);
3. qiymətləndirmə fəaliyyəti sahəsində ali, ikinci ali peşəkar təhsil yaxud peşəkar yenidən hazırlıq haqqında diplomun mövcüdluğu;
4. AQC-nin ixtisas sertifikatları ilə təsdiq olunmuş ixtisas dərəcəsinin mövcüdluğu
Qiymətləndirmə firmasının seçilməsində istehlakçı açağıdakıları uçota almalıdır.
1. firmanın iş təcrubəsi (yetirilən hesabatların sayı, qiymətləndirilən obyektlərin mürəkkəbliyi);
2. firmanın əməkdaşlarının AQC-də üzvlüyü;
3. firmanın Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən akkreditasiyası;
4. firmanın əməkdaşlarının qiyməyləndirmə fəaliyyəti sahəsində ali, ikinci ali peşəkar təhsil yaxud peşəkar yenidən hazırlıq haqqında diplomların olması.
Qiymətləndirmə üzrə göstərilən xidmətlərin keyfiyyəti istehlakçının Qane etməidyi hallarda o, yerinə yetirilən işlərin müstəqil ekspertizasının yerinə yetirilməsi üçün AQC-nin Ekspert Şurasına müraciət edə bilər.
AQC-nin Ekspert Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:
Ø qiymətləndirmə fəaliyyət subyektlərinin, üçüncü şəxslərin yaxud hakimiyyət orqanlarının müraicət ilə dövrü seçmə yoxlamaları kimi tamlığı, nəticələrin obyektivliyi, bu və ya digər qiymətləndirmə metodlarını tətbiqinin düzgünlüyü.
Ø qiymətləndirmə standartlarına uyğunluğu.
Ø qiymətləndirmə fəaliyyəti AR qanunverciliyinin tələbləirinn gözlənilməsi.
Ø hesabatların ekspertizasının aparılması.
Ø mübahisəli məsələlərin həlli.
Ø icraçının güc və vasitələri ilə aşkar edilmiş səhv və kənarlaşmaların aradan qaldırılması üçün hesabatın icraçısına izahat və məsləhətlərin verilməsi.
Ø qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə nəzarət üzrə səlahiyyətli orqan da daxil olmaqla qanunvercilik, icra və məhkəmə hakimiyyəti orqanları ilə sıx qarşılıqlı fəaliyyət; qiymətləndirmənin metod və metodikalarının təkmilləşdirilməsi sahəsində elmi-tədqiqat işlərinin aparılmasının təşkili.
Ø müvafiq hakimiyyət orqanlarına təkliflər verməklə qiymətləndirmə fəaliyyəti sahəsində normativ-hüquqi aktların və metodik sənədlərin layihələrinin müzakirəsi.
Ø qiymətləndiricilərin ixtisas səviyyəsinin yüksəldilməsi üzrə təkliflərin işlənib hazırlanması; ekspertlərin iş şəraitinə və ixtisasına, hesabatların ekspertizasına vahid tələblərin işlənib hazırlanması.
Ø ən yaxşı hesabatlar üzrə müsabiqələirn keçirilməsi.
Ø ekspertizanın (rəyləşdirmənin) nəticələri üzrə analitik məqalələrin nəşr edilməsi; birdəfəlik yaxud daimi iş üçün qiymətləndirmənin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə cəlb olunması.
Ø qiymətləndirmə fəaliyyəti üzrə məsləhətlərin verilməsi.
|