Sertifikatlaşdırma prosesi
Ünvan: Bakı ş., Yasamal rayonu, Şəfayət Mehdiyev küç., kvartal 559, B/17
Tel: (+99412) 5108665
E-mail: info@aqc.az

Xəritəyə bax

Sertifikatlaşmaya tələblər

  1. Qiymətləndiricinin sertifikatlaşdırılmasına normativ baza
  • İSO/BİK (Beynəlxal İqtisadi Komitə) 17024:2003 “Sertifikatlaşdırılmanı aparan təşilatın qiymətləndirilməsinə ümumi tələblər”.
  • TGA – Trägergemeinschaft für Akkreditierung GmbH. Komissiya PG. Normativ sənədlər 2006-cı il.
  • 2003-cü il Avropa Qiymətləndirmə Standartları.
  • 2017-ci il Beynəlxalq Qiymətləndirmə Standartları.
  • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndiricilərin sertifikatlaşdırılması Qaydaları

 

  1. Təgdim edilmiş sənədlərin yoxlanılmasından sonra Cəmiyyətin qərarı əsasında ərizəçi sertifikatlaşmaya buraxılır.

           Aşağıdakı hallarda etiraz edilə bilər:

  • Sənədlər tam deyil
  • Tələblərə cavab vermir
  • Son 3 ildə 2 dəfə yoxlamadan keçməyib
  • Sertifikatlaşmanın aparılması üçün ödəniş edilməyib (gələcəkdə nəzərdə tutulub).

3.TƏLƏBLƏR

  • Qiymətləndirmə peşəsi üzrə ali təhsil və yaxud, texniki, iqtisadi, hüquq üzrə ali təhsil və əlavə olaraq qiymətləndirmə peşəsi üzrə xüsusi kurslar (100 saatlıq)
  • Qiymətləndirmə sahəsində minimum 3 il praktik təcrübə
  • Cinayət və inzibati məsuliyyətə cəlb edilməyib

4.TƏQDIM EDILƏN SƏNƏDLƏR

  • Ərizə
  • Cinayət və inzibati məsuliyyətə cəlb edilməməsi haqqında şıxsi arayış
  • Diplomun surəti
  • Son 3 il ərzində keçdiyi xüsusi kursların sertifikatları
  • 2 ədəd (həyət evi və mənzil) nümunəvi qiymətləndirmə rəyi
  • Praktik təcrübəni təsdiq edən arayış:
  • Müqavilə ilə işləyən qiymətləndiriciyə işəgötürənin arayışı
  • Müstəqil işləyən qiymətləndirici arayışı özü təqdim edir
  • Azı 10 ədəd qiymətləndirmə rəyinin siyahısı
  • Tərcümeyi-hal
  • 2 ədəd 3X4sm fotoşəkil

5.Buraxılış üçün qiymət şkalası

Kriteriyalar

Mak. bal

1

“Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununa uyğundur

5

2

Standart və normativ sənədlərə uyğundur

5

3

Qiymətləndirmə üsulları düzgün əsaslandırılıb

5

4

Xərc üsulu ilə qiymətləndirmə düzgün aparılıb

25

5

Müqayisəl üsul ilə qiymətləndirmə düzgün aparılıb

25

6

Gəlir üsulu ilə qiymətləndirmə düzgün aparılıb

25

7

Son dəyərin düzgün müəyyən edilməsi

5

8

Son dəyərin əsaslandırılması

5

 

Yekun:

100

 

6.BURAXILIŞ ŞƏRTLƏRI

  • Keçir: hər hesabat üçün 70 baldan yuxarı.
  • Keçmir: hesabatlardan hər hansı 70 baldan aşağı

7.İMTAHAN PROSESİ

  • İmtahanın xüsusiyyəti – 2 mərhələ yazılı və 1 mərhələdən ibarət şifahi imtahan
  • İmtahanda AQC-nin əvvəlcədən razılaşdırılması ilə rəsmi və digər bazar iştirakçıların nümayəndələri iştirak edir.
  • I Hissə: Verilmiş variant üzrə hesabatın hazırlanması – 2 saat
  • II Hissə: Fərdi suallara yazılı cavab (10 test sualı, 10 tapşırıql, 10 nəzəri sual) – 2 saat

 

8.Hesabatın qiymətləndirilməsi

Hissələri

Qiymət balı

1

Qiymətləndirmə tapşırığı

2

2

Qiymətləndirmə bazası

3

3

Qiymətləndirilən obyektin identifikasiyası (eyniləşdirilmə)

3

4

Torpaq sahəsi haqqında məlumat və üzərindəki yaxşılaşdırmalar

3

5

Qanun və normativ bazalar

3

6

Məhdudiyyət və ehtimallar

3

7

Obyektin durumu. Bazarın xüsusiyyətləri. Ən effektli istifadə üsulları. Risklərin qiymətləndirilməsi

3

8

Yanaşma üsullarının seçimi

3

9

Xərc üsulu ilə qiymətləndirmə

18

10

Müqayisə üsulu ilə qiymətləndirmə

18

11

Gəlir üsulu ilə qiymətləndirmə

18

12

Nəticələrin razılaşdırılması.

14

13

Qanun tələblərinə əməl edilməsi haqqında bildiriş

3

14

Standartların tələblərinə əməl edilməsi haqqında bildiriş

3

15

Qiymətləndirici haqqında məlumat

2

16

Qiymətləndirmə hesabatının hazırlanma tarixi və imza

1

 

Yekun:

100

 

9.Keçdi:    Toplanan balların cəmi 70 baldan az deyil

     Keçmədi: Toplanan balların cəmi 70 baldan azdır

10.İMTAHANIN II HİSSƏSİ
(
Toplanan bal 70-dən az olmamalıdır)

 

-10 test sualı üzrə - mak. bal – 20.

- 10 praktik suallar üzrə - mak. bal – 40

- 10 nəzəri suallar üzrə - mak. bal – 40

11.ŞİFAHİ İMTAHAN

 

  • Fərdi qaydada aparılır
  • Hər suala 2 dəq. Ayrılır və cəmi 35 dəqiqədən çox olmamaq şərtilə
  • İmtahan komisiyası 2 nəfər imtahanedən və 1 köməkçidən ibarətdir

Suallar aşağıdakılardan ibarətdir:

  • Milli daşınmaz əmlak bazarı
  • Milli və beynəlxalq qiymətləndirmə üsulları
  • Qiymətləndirmənin aparılma texnikası
  • Torpaq kadastrı
  • Iqtisadi-menecment bilikləri
  • Riyaziyyat-statistika bilikləri
  • Milli və beynəlxalq qiymətləndirmə infrastrukturu
  • Hüquqi məlumatlar

-70 baldan yuxarı toplayan namizəd imtahandan keçmiş hesab edilir.

-İmtahandan keçməyən namizəd 3 aydan sonra və 12 aydan gec olmayaraq təkrar imtahan edilə bilər.

  1. İMTAHANIN ÜMUMI YEKUNU
  • Namizəd imtahandan keçməsi üçün imtahanın hər hissəsindən 70 baldan az toplamamalıdır və orta bal 70-dən yuxarı olmalıdır.
  • İmtahanın nəticəsi AQC-nə təqdim edilir
  • Namizədin sertifikatlaşması haqqında yekun qərarı AQC-nin sədri və sertifikatlaşma orqanı verir.

 

13.Xüsusi tələblər.

  • Hər il 3 günlük (24 saat) müvafiq kurs keçməli
  • Müvafiq sənəd AQC-nin sertifikatlaşma orqanına göndərilir
  • AQC-i qiymətləndiricini audit etmək səlahiyyətinə malikdir və auditin nəticəsindən asılı olaraq sertifikatın taleyi haqqında qərar qəbul edilir

 

X