Hesabatlar
Ünvan: Bakı ş., Yasamal rayonu, Şəfayət Mehdiyev küç., kvartal 559, B/17
Tel: (+99412) 5108665
E-mail: info@aqc.az

Xəritəyə bax

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətuinin təşkilati məsələlər üzrə növbədənkənar konfransına hesabat  

 

Hörmətli konfrans iştirakçıları, həmkarlar, qonaqlar və KİV nümayəndələri!

1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məsgul olan hüquqi və fiziki səxslərin, iqtisadçı alimlərin təsəbbüsü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yaradılmıs və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində qeydiyyata alınmısdır. Hazırda respublikanın bir çox qiymətləndiriciləri və qiymətləndirmə sahəsində böyük təcrübəyə malik olan hüquqi və fiziki səxslər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin yaradılmasının məqsədi Azərbaycan Respublikası ərazisində qiymətləndirmənin sivil bazarını yaratmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məsgul olan mütəxəssislərin fəaliyyətinə kömək etmək, onların pesə hüquqlarının qorunmasına, pesə maraqlarının müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır. Bu məqsədin reallasdırılması üçün ötən dövr ərzində AQC dövlət orqanları, digər ictimai birliklər, beynəlxalq təskilatlarla birgə layihə və proqramların, beynəlxalq və Avropa standartlarına uygun milli qiymətləndirmə standartlarının hazırlanmasını həyata keçirmiş, qiymətləndiricilərin ixtisasının artırılması üzrə kurslar, konfranslar, seminarlar, brifinqlər keçirir, qiymətləndirmə fəaliyyətinin çoxsaylı problemlərini arasdırır, beynəlxalq qiymətləndirmə təcrübəsini öyrənir və yayır.

Fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti digər Qiymətləndiricilər Birlikləri, o cümlədən, Belarus, Rusiya, Moldova, Qazaxstan, Qırgızıstan və s. dövlətlərin qiymətləndiricilər birliklərinin nümayəndələri istirakı ilə müxtəlif görüşlər, elmi-praktik və beynəlxalq konfranslar keçirilibdir. Bu görüşlər Azərbaycanda qiymətləndirmə fəaliyyətinin inkisaf konsepsiyasının hazırlanması, aparılan qiymətləndirmə islərinin keyfiyyətinin yüksəldilməsi, qiymətləndiricilərin sertifikatlaşdırılması sisteminin hazırlanması, milli qiymətləndirmə standartlarının və qiymətləndirmə fəaliyyətinin normativ-metodiki bazasının inkisafına dair sənədlərin hazırlanması kimi vacib məsələləri qarsıya qoyub.

Qiymətləndiricilərin hazırlanması, onların fəaliyyətinin sertifikatlasdırılması qaydasının geniş tətbiqi indiki mərhələdə vacib məsələlərdəndir. 2008-ci ildən Beynəlxal Maliyyə Korporasiyasının dəstəyi ilə AQC-nin “qiymətləndiricilərin sertifikatlaşdırılması sistemi”nin yaradılması buna əyani misaldır.

Hazırda AQC Rusiya Federasiyasının, Moldovanın, Belarusun və digər ölkələrin qiymətləndiricilər birlikləri və cəmiyyətləri ilə, habelə Beynəlxalq Qiymətləndiricilər və Rieltorlar qurumları ilə sıx əməkdaslıq edir.

Bildiyiniz kimi, müxtəlif ictimai birliklərə üzvlük qiymətləndiricilərin pesəkarlıq səviyyəsini artırmaqla, lazımi informasiyanı əldə etmək imkanının oldugunu təsdiq edir, onlar bu birliklərin adından çıxıs etmək, rəmzlərindən istifadə etmək hüququ qazanırlar. Hazırda AQC-nin Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına üzvlük və əməkdaşlıq üzrə işlər yekunlaşmaq üzrədir. AQC öz üzvləri üçün metodiki vəsaitləri, normativ aktları isləyib hazırlayır və təsdiq edir, seminarlar, treninqlər keçirir. Cəmiyyətin məqsədi əmlakın müxtəlif növlərinin qiymətləndirilməsi ilə məsgul olan mütəxəssisləri peşəkarlığını artırmaq və fəaliyyətini dəstəkləməkdir.

AQC-nin əsas funksiyalarından biri də qiymətləndirmə standartlarını və qiymətləndiricilərin etik davranıs qaydalarını isləyib hazırlamaq və daim yeniləməkdir. Bu məqsədlə AQC tərəfindən hazırlanmış Milli Qiymətləndirmə Standartları 2009-cu ildən qüvvədədir. Lakin, hazırda Milli Qiymətləndirmə Standartlarının qüvvədə olma müddəti bitmiş və onun yenilənməyə ehtiyacı vardır.

AQC-nin yuxarıda sadalanan fəaliyyəti ilə yanaşı ötən müddətlərdə müxtəlif dövrlərdə fəaliyyətsizliyi və ya zəif fəaliyyəti də olmuşdur. Buna səbəb isə deyərdim ki, subyektiv səbəblərdən daha çox obyektiv səbəblərinin olmasıdır. Həmin obyektiv səbəblərdən bəlkə də 1-cisi qiymətləndirmə fəaliyyətinin əsas tənzimləyicisi olan qanunvericilik bazasının, yəni hələ 1998-ci ilin 25 iyunda qəbul edilmiş “AR Qiymətləndirmə Fəaliyyəti Haqqında” Qanunun hazırkı tələblərə cavab verə bilməməsidir. Məlumat üçün bildirirəm ki, bu Qanun 1998-ci ildə MDB məkanında ilk dəfə Azərbaycanda qəbul olunub. Hətta Rusiya Federasiyasında müvafiq Qanun 8 ay sonra qəbul olunsa da ötən müddət ərzində Qanuna 15 dəfəyə yaxın düzəliş və dəyişikliklər olunub ki, nəticədə Qanun öz ilkin məzmununu tam itirib. 20 il bundan öncə qəbul edilən qanunun bəzi maddələri də mövcud olan beynəlxalq standartların tələblərinə cavab vermir və yaxud da bu peşəkar fəalliyətə nəzarət etmək imkanı məhdudlaşır. Məhz bu baxımdan 2013-cü ildə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni “Qiymətləndirmə Fəaliyyəti Haqqında”  Azərbaycan Respublikasının Qanun lahiyəsini hazırlamış və baxılması üçün Milli Məclisə təqdim etmiş, surətini isə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərmişdir. Bu Qanun lahiyəsi Respublika hökümətində və bir sıra icra strukturlarında baxılmış və bu günə qədər bizə cavab verilməmişdir. 7 fəsil, 32 maddədən ibarət olan yeni Qanun layihəsi tam Avropa Standartlarına uyğundur və günün reallığına cavab verir. Belə ki, əvvəlki Qanundan fərqli olaraq yeni Qanun layihəsi sistemlidir, bazar iştirakçılarının vəzifə və öhdəliklərini tam özündə əks etdirməklə yanaşı onlara fəaliyyətlərində müstəqillik verir. Çox təəssüf edirəm ki, tərəfimizdən dəfələrlə edilən müraciətlərə bu günə qədər cavab ala bilməmişik. Bu tribunadan mən bir daha müvafiq ququrmlara bu məsələnin müsbət həlli üçün AQC idarə heyəti adından müraciət edirəm.

Ölkədə qiymətləndirmə bazarı artıq 20 ildir fəaliyyət göstərir. Təbii, bu müddət çox olmasa da az da deyil. Görülmüş işlər az olmasa da çox da deyil. Bu müddət ərzində daha çox işlər görmək olardı. Bunun üçün yetərli baza- beynəlxalq və Rusiya təcrübəsi vardır və bunlardan yetərincə faydalanmaq da olardı. Məhz bu müddət ərzində görülməyən işlərin nəticəsi olaraq hazırda qiymətləndirmə bazarında qeyri-peşəkarlıq ayaq açıb yeriyir və bu azmış kimi mövqelərini də bərkitməkdə davam edirlər. Bazar isə risklərlə dolu, təsadüfi adamların da sayı çoxalmaqda davam edir və bütün bunlardan da müstəqil qiymətləndirici təşkilatlar ziyan çəkirlər. Bəs səbəb nədir?

  1. Qiymətləndirici təşkilatlar hüquqi baxımdan formalaşmış, özüntənzimləyən Birlik yaratmışsa da fəaliyyətləri bu Birlik çərçivəsində tam tənzimlənmir və bir çoxu müstəqil qərarlar qəbul etməklə dağınıq fəaliyyət göstərirlər;
  2. Qiymətləndiricilərin sertifikatlaşdırılması mexanizmi işlənmiş, lakin, burada da vahid mövqe ortaya qoyulmamışdır;
  3. Qiymətləndirici təşkilatlar mərkəzləşdirilmiş qaydada məlumat bazasına malik deyil və bu səbəbdən də müxtəlif qiymətləndiricilər müxtəlif yanaşmalarla müxtəlif formatta hesabatlar hazırlayırlar;
  4. AQC tərəfindən rəhbər sənədlər hazırlanıb paylanılmır və təşkilatlar arasında əlaqələr çox zəifdir;
  5. AQC tərəfindən vahid sənədlər toplusu işlənməmiş, bazarın digər iştirakçılarına təsir mexanizminə malik deyildir;
  6. AQC ictimaiyyətlə və xüsusən də KİV ilə zəif işləyir və bazar istehlakçılarına öz məhsulunun zəruriliyini çatdıra bilmir.

 

Təbii, bunlardan çox sadalamaq olar. Bəs çıxış yollarını nədə görürəm:

  1. Azərbaycanda qiymətləndirmə bazarının yaranmasında və inkişafında AQC-nin və Milli Məclisin deputatı, professor X.Kazımlının rolu danılmazdır. Lakin bu gün AQC-nin fəaliyyəti kifayət qədər deyildir. Bu boşluq dolmalı, Cəmiyyət və Qiymətləndirici əlaqələri ikitərəfli və çoxtərəfli formada qurulmalı;
  2. Ən azı paytaxtda fəlaiyyət göstərən qiymətləndirici təşkilatların sıx işbirliyi yaradılmalı və fəaliyyətləri tənzilmlənməlidir. Bu real birlik olmadan qəbul edilən bütün sənədlər kağız üzərində qalacaqdır;
  3. Maliyyə bazarı, digər qiymətləndirmə bazar iştirakçıları və qiymətləndiricilərin iştirakı ilə bir neçə işgüzar klublar yaradılmalı və bu klublar vasitəsilə əmlak bazarı iştirakçıları arasında əlaqələri gücləndirməli və bazarı tam gücü ilə işə salmalı;
  4. Beynəlxalq bazarlarda qiymətləndirmədə qəbul olunmuş və rəhbər tutulan sənədlərin işlənilməsini başa çatdırmalı, onların yayımını və öyrənilməsini təşkil etmək, sonradan isə ictimai və rəsmi səviyyədə tələb etmək;
  5. İctimai sektorda işi fəallaşdırmalı və KİV ilə sıx əlaqələr qurmaq;
  6. Rəsmi dövlət qurumlarına, kommersiya banklarına, digər kredit təşkilatlarına müraciətlər hazırlamalı qiymətləndirmə standartlarına, bu sahədə tənzimləyici qanunlara əməl etmələrinə dəvət etməklə vahid fəaliyyət mexanizmi qurmalı;
  7. Ölkədə fəaliyyət göstərən audit təşkilatları ilə qiymətləndirmə təşkilatları arasında fəaliyyət sərhədlərinə aydınlıq gətirməli və işgüzar əlaqələri qurmalı;
  8. Qiymətləndirmə bazarının aktiv iştirakçılarının xarici bazarlara layihələr çərçivəsində birgə turnesini təşkil etməli;
  9. AQC-i bazar iştirakçılarının və xüsusən də qiymətləndirici təşkilatların hüquqlarını qorumaqla yanaşı onlar arasında bərabər və azad rəbaqəti təmin etməli;
  10. Davamlı fəaliyyət göstərən tədris kursları təşkil etməli və veriləcək sertifikatların statusunu təmin etməli.

 

Bütün bu işlərin yerinə yetirilməsindən sonra isə 2-ci mərhələdə digər daha qlobal məsələlərin üzərində dayanmaqla onların həllini təmin etməli:

  • Qiymətləndirmə bazarında xidmətin hüquqi və normativ bazalarını inkişaf etdirmək;
  • Qiymətləndirmə prosesində nəzəriyyənin, metodikatın və praktiki proseslərin inkişafını təmin etmək;
  • Qiymətləndirməyə kompleks yanaşmalar və müxtəlif iqtisadi-riyazi modellər tətbiq etməklə bütün qiymətləndirmə prosesinin proqramlaşdırılması üzərində işləməli;
  • Peşəkar mütəxəssislərin davamlı hazırlanması və ixtisaslarının artırılmasını təmin etmək;
  • Əmlakın təyinatından asılı olaraq bazar məlumatlarının hazırlanması və sistemləşdirilməsinə nail olmaq;
  • Qiymətləndirmə fəaliyyətində aktual problemlər üzrə elmi seminarların, konferensiyaların, yığıncaqları davamlı təşkil etmək.

 

Son olaraq vurğulamaq istəyirəm ki, 2018-ci il AQC-nin fəaliyyətində dönüş ili olmalıdır. Qarşımızda görüləsi işlər çoxdur. Bunlardan əsaslarını sadalamaq istərdim:

  • Yuxarıda deyildiyi kimi, qanun layihəsinin Milli Məclisdə baxılması üçün tərəfimizdən əlavə tədbirlər görülməlidir
  • Milli Qiymətləndirmə Standartlarının müddəti bitib, yenilənməlidir
  • AQC-nin nizarmanəsi müasir tələblərə cavab vermir, nizamnaməyə dəyişikliklər artıq hazırlanıb, müvafiq qurumlara müraciət edilməlidir
  • Ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinin reyestri aparılmalı, onlar ilə mütəmadi birgə işlər qurulmalıdır
  • AQC-nin fəaliyyətində yeni nizamnamədə irəli sürülmüş məsələlərin həlli üçün maliyyə problemlərinin həlli bütün qiymətləndiricilərin gündəmində olmalıdır
  • Qiymətləndiricilər və şirkət rəhbərləri qarşılarında əsas məqsəd kimi sertifikat almaq yox, əvəzində qiymətləndiricilərin müasir tələblərə cavab verən bilikılərə malik olmaları qoyulmalıdır
  • AQC-nin fəaliyyət planında nəzərdə tutulan işlərin icarsında bütün şirkət rəhbərləri öz fəaliyyətlərində əsas götürməli və ümumi işə dəstək göstərməlidirlər.

 

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti idarə heyətinin sədri

 

Nüsrət İbrahimov

 

 

X