Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin növbəti toplantısı
Ünvan: Bakı ş., Yasamal rayonu, Şəfayət Mehdiyev küç., kvartal 559, B/17
Tel: (+99412) 5108665
E-mail: info@aqc.az

Xəritəyə bax

18 mart 2019-cu il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti idarə heyətinin növbəti iclası olmuşdur. İclasda AQC-nin növbədənkənar konfransının keçirilməsi və digər cari məsələlər müzakirə edilmişdir. İdarə heyəti üzvləri öz çıxışlarında Azərbaycanda qiymətləndirmə sahəsində milli standartların tətbiqi zərurətini qeyd etmiş, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) aprel ayında keçirilməsi planlaşdırılan illik hesabat yığıncağında nəzərdə tutulan çıxışlar və təkliflər müzakirə edilmişdir. AQC İdarə Heyətinin yığıncağa hazırlıqla bağlı toplantısında qiymətləndirmə sahəsində mövcud olan problemlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, media ilə işin effektiv qurulması və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sədr Nüsrət İbrahimov bəyan edib ki, bu il cəmiyyət “Qiymətləndirmə: reallıqlar, problemlər və perspektivlər” mövzusunda beynəlxalq forumun da keçirilməsini planlaşdırır. Sessiyalarda təşkil edilməsi nəzərdə tutulan forumda “Məhkəmə və ədliyyə orqanları ilə qiymətləndirmə sahəsində birgə fəaliyyət”, “Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərraca çıxarılan əmlakların qiymətləndirilməsi” və “Beynəlxalq standartların tələbləri” mövzuları üzrə diskusiyaların təşlili nəzərdə tutulur. Toplantıda qeyd edilib ki, son dövrlərdə qiymətləndirmə şirkətlərinin sayı durmadan artır və bu sahəyə qeyri peşəkarların üz tutması bir sıra problemlərə yol açır. Bu problemlərin həlli üçün AQC tənzimləyici mexanizmlərin tətbiqi üzərində iş aparır.

 

AQC-nin mətbuat xidməti   

X