Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Mətbuat Xidmətinin Məlumatı
Ünvan: Bakı ş., Yasamal rayonu, Şəfayət Mehdiyev küç., kvartal 559, B/17
Tel: (+99412) 5108665
E-mail: info@aqc.az

Xəritəyə bax

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən qiymətləndiricilərin peşə hazırlığının yüksəldilməsi üçün “Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi üzrə” mütəxəssislərin sertifikatlaşdırılması məqsədilə təşkil edilən kursun yekunlaşması ilə əlaqədar imtahan keçirilib. AQC sədri Nüsrət İbrahimov, AQC sədr müavini Vüqar Oruc, AQC İdarə heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi İbrahim Quliyev tərəfindən keçirilən imtahanda iştirak edən 28 iştirakçıdan 15 nəfəri qatılıb. Əsgərov Orxan (“Paşa Bank” ASC”), Əliyeva Zərifə (“İnvest-M” MMC), Mehdiyev Emin (AB Consulting) imtahan nəticələrinə görə digər iştirakçılardan fərqlənmiş və “Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi üzrə” sertifikata layiq görülmüşlər. Fərzəliyev Fərzalı (“İnvest-M” MMC), Eminov Xaqani (“VECON” MMC) və Həşimov Nail (Azintellektservis) isə I turun nəticələrinə görə kifayət qədər bal yığsalar da, növbətu II turdan keçməyiblər. AQC sədri Nüsrət İbrahimov yekunlaşmış kursla bağlı verdiyi açıqlamada bildirib ki, keçirilən kursların ölkə qiymətləndiricilərin peşə səvviyyəsinin yüksəlməsinə təsiri göz qabağındadır. O, deyib: “Hər kurs özündən əvvəlkinə nisbətən öz mükəmməlliyi və peşəkar səvviyyəsi ilə fərqlənir. AQC 2019-cu ilin fəaliyyət planları daxilində bundan başqa biznesin, avtomobillərin, zinyət əşyalarının qiymətləndirilməsi üzrə də kursların keçirilməsini planlaşdırır. Məqsədimiz qiymətləndirmə bazarında iştirakçı şəxs və təşkilatların peşəkar bilib və təcrübələrini təkmilləşdirmək, professional səviyyəni yüksəltməkdir”.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Mətbuat Xidməti

X