Xəbərlər
Ünvan: Bakı ş., Yasamal rayonu, Şəfayət Mehdiyev küç., kvartal 559, B/17
Tel: (+99412) 5108665
E-mail: info@aqc.az

Xəritəyə bax

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən qiymətləndiricilərin peşə hazırlığının yüksəldilməsi üçün “Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi üzrə” mütəxəssislərin sertifikatlaşdırılması məqsədilə təşkil edilən kursun yekunlaşması ilə əlaqədar imtahan keçirilib. AQC sədri Nüsrət İbrahimov, AQC sədr müavini Vüqar Oruc, AQC İdarə heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi İbrahim Quliyev tərəfindən keçirilən imtahanda iştirak edən 28 iştirakçıdan 15 nəfəri qatılıb. Əsgərov Orxan (“Paşa Bank” ASC”), Əliyeva Zərifə (“İnvest-M” MMC), Mehdiyev Emin (AB Consulting) imtahan nəticələrinə görə digər iştirakçılardan fərqlənmiş və “Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi üzrə” sertifikata layiq görülmüşlər. Fərzəliyev Fərzalı (“İnvest-M” MMC), Eminov Xaqani (“VECON” MMC) və Həşimov Nail (Azintellektservis) isə I turun nəticələrinə görə kifayət qədər bal yığsalar da, növbətu II turdan keçməyiblər. AQC sədri Nüsrət İbrahimov yekunlaşmış kursla bağlı verdiyi açıqlamada bildirib ki, keçirilən kursların ölkə qiymətləndiricilərin peşə səvviyyəsinin yüksəlməsinə təsiri göz qabağındadır. O, deyib: “Hər kurs özündən əvvəlkinə nisbətən öz mükəmməlliyi və peşəkar səvviyyəsi ilə fərqlənir. AQC 2019-cu ilin fəaliyyət planları daxilində bundan başqa biznesin, avtomobillərin, zinyət əşyalarının qiymətləndirilməsi üzrə də kursların keçirilməsini planlaşdırır. Məqsədimiz qiymətləndirmə bazarında iştirakçı şəxs və təşkilatların peşəkar bilib və təcrübələrini təkmilləşdirmək, professional səviyyəni yüksəltməkdir”.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Mətbuat Xidməti

18 mart 2019-cu il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti idarə heyətinin növbəti iclası olmuşdur. İclasda AQC-nin növbədənkənar konfransının keçirilməsi və digər cari məsələlər müzakirə edilmişdir. İdarə heyəti üzvləri öz çıxışlarında Azərbaycanda qiymətləndirmə sahəsində milli standartların tətbiqi zərurətini qeyd etmiş, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) aprel ayında keçirilməsi planlaşdırılan illik hesabat yığıncağında nəzərdə tutulan çıxışlar və təkliflər müzakirə edilmişdir. AQC İdarə Heyətinin yığıncağa hazırlıqla bağlı toplantısında qiymətləndirmə sahəsində mövcud olan problemlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, media ilə işin effektiv qurulması və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sədr Nüsrət İbrahimov bəyan edib ki, bu il cəmiyyət “Qiymətləndirmə: reallıqlar, problemlər və perspektivlər” mövzusunda beynəlxalq forumun da keçirilməsini planlaşdırır. Sessiyalarda təşkil edilməsi nəzərdə tutulan forumda “Məhkəmə və ədliyyə orqanları ilə qiymətləndirmə sahəsində birgə fəaliyyət”, “Əmlak Məsələləri Dövlət Komitəsi ilə hərraca çıxarılan əmlakların qiymətləndirilməsi” və “Beynəlxalq standartların tələbləri” mövzuları üzrə diskusiyaların təşlili nəzərdə tutulur. Toplantıda qeyd edilib ki, son dövrlərdə qiymətləndirmə şirkətlərinin sayı durmadan artır və bu sahəyə qeyri peşəkarların üz tutması bir sıra problemlərə yol açır. Bu problemlərin həlli üçün AQC tənzimləyici mexanizmlərin tətbiqi üzərində iş aparır.

 

AQC-nin mətbuat xidməti   

Azərbaycan Qiymətlədiricilər Cəmiyyəti (AQC) Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına (BQŞS) tam hüquqlu üzv olmaq niyyətindədir. Bu məqsədlə də noyabrın 9-10-da Gürcütanın paytaxtı Tbilisidə Şuranın “Standartların tətbiqi və üzvlüyün qeydiyyatı üzrə” İdarə Heyətinin üzvü Corc Badesku ilə AQC sədri Nüsrət İbrahimovun rəhbərliyi ilə nümayəndə heyətinin görüşü olacaq. Görüşdə Azərbaycanın BQSŞ-da assosiativ üzvlükdən tam hüquqlu üzvə keçirilməsi ilə bağlı tələblər öyrəniləcək, bu sahədə mövcud vəziyyət və görüləcək işlərlə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə gələn ildən ölkədə Mühasibat Uçotunun  Beynəlxalq Standartlarının tətbiqi həyata keçiriləcək. Büdcə və digər kommersiya qurumlarında Milli Mühasibat Uçotundan Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçid nəzərdə tutulur ki, bu da özlüyündə aktivlərin qiymətləndirilməsində yeni yanaşmanı zəruri edir.

09 və 10 noyabr tarixlərində Tbilisidə (Old Tbilisi oteli, Katevan Çamebuli, 20) Corc Badeskunun məruzəçiliyi ilə Gürcüstan və Azərbaycan qiymətləndirici-mütəxəssisləri üçün seminar da təşkil ediləcək.  Seminar 36 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartı “Aktivlərin qiymətdən düşməsi” (İAS 36) və  3 nömrəli Maliyyə Hesabatının Beynəlxalq Standartı “Müəssisələrin birləşməsi” zamanı qiymətləndirmənin həyata keçirilməsi metodikası, bu sahədə beynəlxalq təcrübəyə həsr olunacaq.

Seminarda AQC sədri Nüsrət İbrahimov, İdarə Heyətinin üzvü Ramil Osmanlı, üzvlər Rəşad Əliyev və Ramil Qasımzadə iştirak edəcək. Seminar çərçivəsində Azərbaycanın qiymətləndirici ekspertlərinə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının sertifikatları təqdim ediləcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstan Müstəqil Qiymətləndirmə Cəmiyyətinin İdarə Heyəti ilə görüşləri keçiriləcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, birgə maraqlar çərçivəsində layihələrin icrası ilə bağlı müzakirələr aparılacaq.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mətbuat xidməti

07.10.2018

31 yanvar 2019-cu il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Direktorlar Şurasının növbəti toplantısı olacaq. Toplantıda 2018-ci ilin yekunları və 2019-cu ilin tədbirlər planı və büdcəsi müzakirə ediləcəkdir.

Toplantının yeri- Bakı ş. Yasamal ray. Şəfayət Mehdiyev küç. 34C

Vaxtı: 15-00

 

Ötən gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Direktor Şurasının növbəti iclası keçirilib. Yığıncaqda bir sıra cari məsələlər müzakirə edilib. Əsas mövzu isə qiymətləndirmə sahəsində fəaliyyət göstərən şəxslərin (fiziki və hüqüqi) biliklərinin artırılması üçün AQC tərəfindən təşkil edilən kurslar olub. Qərara alınıb ki, kurslara marağı və tələbatı artırmaq, təlimlərdən müsbət nəticələr əldə etmək üçün kurslarda Cəmiyyətin üzvü olan şirkətlərin rəhbər şəxsləri  və təcrübəli mütəxəssisləri daha aktiv iştirak etsinlər. Lakin kurslarda iştirak sərbəstdir və qiymətləndirilmə sahəsində fəaliyyət göstərən hər bir şəxs təlimlərdə iştirak edə bilər. Kurslar iki mərhələdən ibarət olacaq. Mühazirələrin oxunmasından ibarət olacaq ilk mərhələ Azərbaycan İqtisad Universitetinin müəllimləri və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mütəxəssisləri tərəfindən aparılacaq. Hər bir iştirakçı bu mərhələdə dinləyici kimi iştirak edə bilər. Növbəti mərhələ isə qiymətləndirmənin müvafiq sahəsi üzrə Sertifikat almaq üçün İmtahanın keçirilməsidir. Hər bir mərhələdə iştirak ödənişlidir. 

Növbəti kurs “Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi” üzrə olmaqla 2018-cü ilin 15-25 oktyabr tarixlərində təşkil olunacaq.

Kursun bütün iştirakşılarına təlimlərdə iştirak haqqında Şəhadətnamə, İmtahanı uğurla verənlərə isə Sertifikat təqdim ediləcək.

Kursda iştirak haqqı hər nəfər üçün 300 AZN təşkil edir.

Kurslarda iştirak etmək arzusunda olan şəxslərdən xahiş olunur ki, tələb olunan sənədləri aşağıdakı ünvana təqdim etsinlər:

İlkin tələb olunan sənədlər: 1) Şəxsiyyət vəsiqəsinin surəti; 2) Təhsil haqqında sənədin surəti 3) İş yerinden arayış.

Əlaqə nömrələri: (012) 510 86 65; (050) 340 40 72

X