aze | eng | рус
e-mail
şifrə
 
 
Avropa ölkələrinin qiymətləndirmə standartları

  

Əsas Fondların Qiymətləndiricilərinin Avropa Qrupu (TEGOVO) Qərbi Avropa ölkələri qiymətləndiricilərinin milli təşkilatlarının assosiasiyasi kimi 1977-ci ildə yaradılmışdır. EVROVAL təşkilatı ilə birləşdikdən sonra bu təşkilat «Qiymətləndiricilər Assosiasiyalarının Avropa Qrupu» (The European Group of Valuers Assosiations - TEGOVA) adlanır. Təşkilatın yaradılmasının başlıca məqsədlərindən biri Avropa Birliyi ölkələrində ümumi qiymətləndirmə standartlarını işləyib hazırlamaqdır. TEGOVA Qiymətləndirmə Standartları üzrə Beynəlxalq Komitə ilə sıx əməkdaşlıq edir.
 
Avropa Qiymətləndirmə Standartlarının əsas xüsusiyyətlərindən biri Avropa ölkələrinin qanunvericiliyinə uyğun olan mühasibat hesabatlarının tərtibi üçün yerinə yetirilən qiymətləndirməyə istinad etməsidir. Eyni zamanda bu standartların qiymətləndirmənin digər məqsədlərinə də şamil olunmasının mümkünlüyü göstərilir. Həmin standartlar təşkilat üzvləri üçün tövsiyyə xarakterlidir və qiymətləndirmənin yerinə yetirilməsi üçün istiqamət göstəricisi rolunu oynayır.
 
Avropa Qiymətləndirmə Standartlarının («Mavi kitab» adlandırılır) 9 standartdan və 13 metodiki tövsiyyədən ibarətdir.
 
Standart 1, 2 və 3-də göstərilən standartların Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğunluğu, qiymətləndiricinin ixtisası, səviyyəsi və peşə etikası ilə bağlı məsələlər nəzərdən keçirilir.
 
Standart 4-də qiymətləndirmənin əsas prinsipləri və qiymətləndirmə haqqında hesabatın tərtib olunmasına əsas yanaşmalar müəyyənləşdirilir. Bu standartda qiymətləndirmənin əsas məqsədləri; qiymətləndirmə bazasının seçilməsi qaydaları; bazar dəyəri, icarə hüquqlarının bazar dəyəri, Avropa İttifaqının qanunvericiliyinə uyğun olan bazar dəyəri, ədalətli dəyər, mövcud istifadənin dəyəri, alternativ istifadənin dəyəri, köhnəlmə nəzərə alınmaqla əvəzolunma dəyəri anlayışları göstərilmişdir.
 
Standart 5 maliyyə hesabatlarının tərtibi üçün əmlakın qiymətləndirilməsi məsələlərinə həsr olunmuşdur. Burada aktivlərin təsnifatı və onun əsasında seçilən qiymətləndirmə bazası, qiymətləndirmənin metodologiyası məsələlərinə, torpağın, binaların, habelə xüsusiləşdirilmiş obyektlərin qiymətləndirilməsinin fərqli məqamlarına baxılır.
 
 
Standart 6 daşınmaz və daşınar əmlakın girov məqsədləri, habelə  ipoteka kreditləşməsi üçün qiymətləndirilməsi haqqındadır. Bu standartda girov dəyəri, öhdəliklərin xüsusi dəyəri anlayışları izah olunur, qiymətləndirici qarşısında müstəqillik, məsuliyyətlilik, xüsusi biliklərin olması tələbləri qoyulur. Standartda qiymətləndirmə prosesində zərərli maddələrin mövcudluğunun, əmlakın məcburən satılması amillərinin, obyektdən alternativ istifadənin mümkünlüyünün nəzərə alınması zəruriliyi göstərilir.
 
Standart 7 əmlakın gələcək dövrdə ehtimal edilən dəyərinin müəyyən edilməsi ilə əlaqədardır. Bu standartda investisiya dəyəri anlayışı açıqlanır.
 
Standart 8 investisiya və sığorta şirkətlərinin, pensiya fondlarının qiymətli kağızlarına investisiya qoyuluşları məsələsi barədədir. Standartda bazar dəyərinin Avropa İttifaqının direktivlərinə uyğun olaraq müəyyənləşdirilməsi, habelə qiymətləndirmə metodologiyası, qiymətləndiricinin ixtisas səviyyəsi ilə bağlı məsələlərə aydınlıq gətirilir.
 
Standart 9 qiymətləndirmənin nəticələrinin təqdimatı, qiymətləndirmə sertifikatının formaları məsələlərini izah edir.
 
Nəzərdən keçirdiyimiz sənədə aşağıdakı 13 metodoloji tövsiyə də daxil edilmişdir:

1.   dəyərə təsir göstərən amillər;

2.   xüsusiləşdirilmiş obyektlərin qiymətləndirilməsi;

3.   maşın və avadanlığın qiymətləndirilməsi;

4.   investisiyalar üçün nəzərdə tutulan aktivlərin qiymətləndirilməsi;

5.   kənd təsərrüfatı obyektlərinin qiymətləndirilməsi;

6.   tarixi obyektlərin qiymətləndirilməsi;

7.   biznesin qiymətləndirilməsi;

8.   qeyri-maddi aktivlərin qiymətləndirilməsi;

9.   daşınmaz əmlak indekslərinin qiymətləndirilməsi;

10. beynəlxalq qiymətləndirmələr;

11. müştərək müəssisələrin və məhdud məsuliyyətli cəmiyyətlərin qiymətləndirilməsi;

12. dəyərin torpaq və tikililər arasında bölgüsü;

13. müxtəlif ölkələrdə qiymətləndirmənin xüsusiyyətləri.
 
Avropa Qiymətləndirmə Standartlarına qiymətləndiricilərin sertifikatlaşdırılması, qiymətləndirmə haqqında hesabata rəy verilməsi, qiymətləndiricinin etikası məsələlərinə dair əlavələr daxil edilmişdir.

 
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


SERTİFİKATLAŞDIRILMA
SİSTEMİ

XƏBƏRLƏR
 
30-31 yanvar 2012-ci ildə keçirilmiş Sertifikatlaşma İmtahanın nəticələri ətraflı » 2-02-2012, 16:20
SERTİFİKATLAŞDIRMA İMTAHANI 30-31 yanvar tarixində keçiriləcəkdir ətraflı » 9-01-2012, 15:36
Sertifikatlaşma İmtahanın nəticələri ətraflı » 28-10-2011, 12:36
Diqqət!!! IV sertifikatlaşdırma imtahanı 24-27 oktyabr 2011-ci il tarixində keçiriləcəkdir ətraflı » 9-10-2011, 11:05

 

SORĞU
 
"Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinə ehtiyac varmı?

VAR
YOX
 













USAID
İFC
İVSC
İRPF
MRSA
ASK
BY


Qiymətləndirmə prosesi