aze | eng | ðóñ
e-mail
şifrə
 
 
ABŞ-ın qiymətləndirmə standartları

  

ABŞ-da qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi ilə məşgul olan ictimai təşkilat qiymətləndiricilərin aparıcı qurumları (Qiymətləndirmə İnstitutu, Amerika Qiymətləndiricilər Cəmiyyəti, Qiymətləndirmə Magistrlərinin Milli Assosiasiyası) tərəfindən 1987-ci ildə yaradılmış və indiyə qədər fəaliyyət göstərən Qiymətləndirmə Fondudur. Hazırda 50-dən çox təşkilat həmin Fondun sponsoru yaxud Məşvərət Şurasının üzvüdür.
 
Fond peşəkar qiymətləndiricilər birliklərinin (təşkilatlarının) təmsil olunduğu Mürəbbilər Şurası tərəfindən idarə olunur. Bu qurum Qiymətləndirmə Standartları üzrə Şuranın və Qiymətləndiricilərin İxtisas Səviyyəsi üzrə Şuranın üzvlərini təyin edir, fondun fəaliyyətinin maliyyə təminatı məsələləri ilə məşgul olur.
 
ABŞ qiymətləndiricilərinin mütləq qaydada riayət etdikləri Peşəkar Qiymətləndirmə Fəaliyyətinin Vahid Standartları (PQFVS) Qiymətləndirmə Standartları üzrə Şura tərəfindən hazırlanmış və təsdiq olunmuşdur. Şuranın tərkibi 5 nəfər yüksək ixtisaslı qiymətləndiricidən ibarətdir. Qiymətləndirmə Standartlarında təklif olunan əlavələr və dəyişikliklər bu qurumun ayda bir dəfə keçirilən iclaslarında açıq müzakirəyə çıxarılır və təsdiq olunur.
 
Şuranın fəaliyyətinə Qiymətləndirmə fondunun nəzdində yaradılan, qiymətləndirmə xidmətlərindən istifadə edən 32 təşkilatın və hökumət agentliklərinin təmsil olunduğu Məşvərət Şurası tərəfindən nəzarət olunur.
 
PQFVS-də qiymətləndirmə apararkən, qiymətləndirmə haqqında hesabatları yoxlayarkən, məsləhət xidmətlərini göstərən zaman qiymətləndiricilərin riayət etməli olduğu şərtlər, qiymətləndirmənin aparılması, yoxlamaların keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi üsulları öz əksini tapmışdır.
 
 
Standart 1 və 2 qiymətləndirmə prosesini və daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatın tərtibi proseslərini tənzimləyir;
  
Standart 3 qiymətləndirmənin aparılması barədə hesabatların yoxlanılması normalarını və onların əsasında hesabatların tərtibi qaydalarını müəyyənləşdirir;
 
Standart 4 və 5 qiymətləndiricinin daşınmaz əmlakın qiymətləndirilməsi üzrə məsləhət fəaliyyətinin inkişafına və ümumiləşdirilməsinə yönəldilmişdir;
 
Standart 6 daşınmaz  və daşınar əmlakın vergitutma məqsədləri üçün kütləvi qiymətləndirilməsi üzrə işlərin aparılması və nəticələrinin elan olunması meyarlarını; Standart 7 və 8 şəxsi əmlakın; Standart 9 və 10 biznesin qiymətləndirilməsinin inkişafı və ümumiləşdirilməsi normalarını müəyyənləşdirir.
 
Göstərilən standartlara izahedici şərhlər də əlavə edilmişdir. Bu şərhlərdə qiymətləndirmə standartları ilə bağlı olan qaydaların, əsasnamələrin, qərarların Qiymətləndirmə Standartları üzrə Komissiya (ASB) tərəfindən təfsiri əks olunmuşdur.
 
Qiymətləndirmə fəaliyyətinin ən mühüm tələblərindən biri qiymətləndiricinin etik öhdəliklər qəbul etməsidir. Buna görə də, Standartlara 4 bölmədən (davranış, menecment, konfidensiallıq, hesabatın aparılması) ibarət olan, qiymətləndiricidən obyektivlik, fikir sərbəstliyi, etik normalara uyğun davranış tələb edən «Etika haqqında Əsasnamə», həmçinin qiymətləndiricinin verdiyi rəyə görə birbaşa məsuliyyətini müəyyənləşdirən «Səriştəlilik haqqında Əsasnamə» və müəyyən məhdud şərtlər daxilində yol verilə bilən kənarlaşmaları müəyyənləşdirən «Kənarlaşmalar haqqında Əsasnamə» daxil edilmişdir.

 
 
 


XƏBƏRLƏR
 
Ïîäïèñàí çàêîí î ïîðÿäêå ïðîâåäåíèè êàäàñòðîâîé îöåíêè ətraflı » 28 İyul 2010
IV ÌÅÆÄÓÍÀÐÎÄÍÎÉ ÍÀÓ×ÍÎ-ÏÐÀÊÒÈ×ÅÑÊÎÉ ÊÎÍÔÅÐÅÍÖÈÈ «ÎÖÅÍÊÀ ÑÓÄÎÂ È ÏËÀÂÑÐÅÄÑÒÂ. ÐÎËÜ ÎÖÅÍÊÈ Â ÑÓÄÎÕÎÄÍÎÌ ÁÈÇÍÅÑÅ» ətraflı » 28 İyul 2010
“Daşınmaz əmlak obyektlərinin Xərc yanaşması ilə qiymətləndirilməsinin metodologiyası” mövzusunda kurslar ətraflı » 17 İyul 2010
“Daşınmaz əmlak obyektlərinin müqayisə yanaşması ilə qiymətləndirilməsinin metodologiyası” mövzusunda kurslar. ətraflı » 16 İyun 2010

 

SORĞU
 
"Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinə ehtiyac varmı?

VAR
YOX
 










USAID
İFC
İVSC
İRPF
MRSA
ASK
BY

Qiymətləndirmə prosesi
Qiymətləndirmə prosesi
Qiymətləndirmə prosesi
Qiymətləndirmə prosesi