Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən...

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən təşkil olunacaq kurslarda iştirak etmək istəyən şəxslərin nəzərinə!

24 yanvar 2022-ci il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən qiymətləndiricilər (AKİA müvəkkil təşkilatlar və müstəqil qiymətləndiricilər) üçün “Bioloji aktivlərin, kənd təsərrüfatı məhsulları və emal məhsullarının qiymətləndirilməsi” mövzusunda 10 günlük tədris kursun keçirilməsi nəzərdə tutulur.

Mühazirələr Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mütəxəssisləri tərəfindən aparılacaq, sonda isə imtahandan uğurlu nəticələr əldə edə biləcək şəxslərə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin peşə hazırlığını təsdiq edən Sertifikat təqdim olunacaq. Kursların keçirilmə müddəti 10 gündür.

Bu kurslarda iştirak haqqı hər nəfər üçün 300 AZN təşkil edir. Kurslarda iştirak etmək arzusunda olan şəxslərdən xahiş olunur ki, tələb olunan sənədləri1 21 yanvar 2022-ci il tarixə qədər aşağıdakı ünvana gətirsinlər: Bakı ş. Yasamal r. Hüseyn Cavid pr. 54C (Yeni qaydalarla: AZ1141, Bakı ş. Yasamal r. Mehdi Məmmədov küç. 32B.

Tələb olunan sənədlər:

1) Şəxsiyyət vəsiqəsi;

2) Təhsil haqqında sənədin əsli;

3) İş yerinden arayış.

Kurslar 24.01-04.02.2022 tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin ofisində keçiriləcəkdir.

Əvvəlcədən təşəkkür edirik!

Hörmətlə, Nüsrət İbrahimov - AQC-nin sədri
Ünvan: Bakı ş. Yasamal r. Hüseyn Cavid pr. 54C
Telefon: (+994 12) 510 86 65;
Mob: 050 340 40 72
E-mail: info@aqc.az







RƏNG SEÇİN