AQC qiymətləndiriciləri sınağa çəkir - Sertifikasiya imtahanı...

AQC qiymətləndiriciləri sınağa çəkir - Sertifikasiya imtahanı keçiriləcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kurslarına başlayıb.

FED.az xəbər verir ki, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə 20 iyul -04 avqust tarixlərində  «Demirchi Tower»də (Dəmirçi Plaza) keçirilən kurslar AQC-nin sədri,  “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc,  UNEC müəllimləri, dosentlər: İbrahim Quliyev və  Qəhrəman Bayramov tərəfindən keçirilir.

Maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 31 iştirakçının qatıldığı təlimlərin yekununda sertifikatlar təmin ediləcək. 

Təlimin mövzuları daşınmaz əmlakın qiymətləndirilməsi  metodologiyası və  standartlarını əhatə edir. Mövzular aşağıdakılardır: 

 I.        Daşınmaz əmlakın qiymətləndirilməsinin  elmi-nəzəri əsasları və   prinsipləri-Daşınmaz əmlak bazarı, onun formalaşması amilləri, funksiyaları və inkişaf meylləri

II.        Daşınmaz əmlak bazar, onun formalaşması amilləri, funksiyaları və inkişaf meyilləri

III.       Kənd təsərrüfatına yararlı torpaq sahələrinin qiymətləndirilməsi

IV.       Sənaye, tikinti və infrastruktur layihələrin reallaşdırılması məqsədilə istifadə edilən torpaq sahələrinin qiymətləndirilməsi

V.        Faydalı qazıntıları olan torpaq sahələrinin qiymətləndirilməsi

VI.      Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinə xərc yanaşması

VII.      Daşınmaz əmlak obyektlərinin məcmu köhnəlməsinin qiymətləndirilməsi

VIII.     Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinə müqayisə  yanaşması

IX.       Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinə gəlir  yanaşması

X.        Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinin ümumi metodologiyası

XI.       Qiymətləndirmənin  nəticələrinin razılaşdırılması və hesabatın tərtibi

XII.       Birbaşa və çarpaz sualların, testlərin cavablandırılması və praktiki məsələlərin həlli







RƏNG SEÇİN