Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) sədrinin...

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) sədrinin Qərarı:

AQC Nizamnaməsini və “İcraedici və qərarverici orqanlarının fəaliyyət Əsasnaməsi”ni  əsas götürərək qərara alıram:

    1. AQC tərəfindən keçirilən “Daşınmaz əmlak növlərinin qiymətləndirilməsi” kursunun iştirakçıları arasında sertifikatlaşma məqsədi ilə keçirilən imtahan 13 avqust 2022-ci il tarixdə saat 10:00 – 14:00 aralığında “Dəmirçi Plaza” iş mərkəzində keçirilsin;

    2. İmtahanda tələb olunan sənədləri təqdim etmiş və kursda iştirak etmiş 31 (otuz bir) nəfər iştirakçı sayı müəyyən edilsin;

    3. Aşağıdakı heyətdə İmtahan Komissiyası yaradılsın və imtahanın keçirilməsi bu quruma həvalə edilsin:

1). Vüqar Əlövsət oğlu Oruc – AQC sədri, İmtahan komissiyasının sədri;

2). İbrahim Qədim oğlu  Quliyev– UNEC dosenti, “Tədris, təlim və sertifikatlaşdırma” departamentinin rəhbəti, imtahan götürən müəllim;

3). Qəhrəman Saleh oğlu Bayramov– UNEC dosenti, imtahan götürən müəllim;

4). Elnur Yavər oğlu Əsədov– AQC İH üzvü, “Təşkilati işlər” departamentinin rəhbəri, müşahidəçi qismində.

    4.Qərar  aqc.az saytında və digər KİV-lərdə işıqlandırılsın, AQC İdarə Heyəti və AQC Direktorlar Şurası bu qərar barədə məlumatlandırılsın.

 

Azərbaycan Qiymətləndiricilər

Cəmiyyətinin sədri:                                                           Vüqar Oruc

 

Azərbaycan Respublikası, Bakı şəhəri, 09 avqust 2022-ci il







RƏNG SEÇİN